Dünya

Britaniyalı qadın narkotik dozası əvəzinə qızının saxladığı heyvanı yedi

Sharing is caring!

Böyük Britaniyada 39 yaşlı yerli sakin heyvanlara qarşı amansızlıq etdiyi üçün həbs edilib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Sosial şəbəkələrdə qadının əvvəlcə qızının dağsiçanını öldürməsi, sonra başını geri atması, heyvanın cəsədini ağzına qoyması və üstündən də su içməsini əks etdirən video yayılıb. İlkin məlumata görə, cinayəti törədən şəxs qadağan olunmuş maddələrin dozasını qəbul etmək üçün belə hərəkətə məcbur olub.

Həbs olunduqdan və haqqında cinayət işi açıldıqdan sonra britaniyalı qadın istintaq müddəti ərzində evə buraxılıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir