Cəmiyyət

Eramızdan əvvəl 4-cü minilliyə aid totem – VİDEO

Sharing is caring!

Eramızdan əvvəl IV minilliyə aid olan totem Masallının Tarix-Diyarşünaslıq Muzeyində qorunur.

Qədim totem qazıntı zamanı rayonun Nəzəroba kəndinin dağ ətəyi istiqamətindən tapılıb. 

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, bu totem dövlətlərimizin rəmzi sayılan əsa başları, eləcə də güc-qüvvət rəmzi kimi istifadə olunub. 

Qədim eksponatlarla zəngin olan muzeydə tarixin müxtəlif dövrlərinə aid arxeoloji tapıntılar, məişət əşyaları, əmək alətləri, zinət-bəzək əşyaları, silahlar, milli geyim nümunələri, insanların  həyat tərzini və məşğuliyyətini əks etdirən nümunələr sərgilənir. 

Muzeyin diqqətçəkən nümunələrindən biri də gil qabdan hazırlanan plov kırçənədir, yəni qazmaqlı plov üçün nəzərdə tutulan qab.

Qeyd edək ki, Tarix-Diyarşünaslıq Muzeyinin fondunda bölgənin tarixini əks etdirən 9 mindən çox dəyərli eksponat var.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir