Dünya

“Sihirli Annem”, “Hanımın Çiftliği” seriallarının ssenaristi vəfat etdi – FOTO

Sharing is caring!

“Sihirli Annem”, “Acemi Cadı”, “Dila Hanım”, “Hanımın Çiftliği” seriallarının ssenaristi vəfat edib.

Ölüm səbəbi hələ bilinməyən 47 yaşlı Qamze Özerin bu yaşda ölümü onu sevənləri çox üzüb.

Prodüser Armağan Çağlayan acı xəbəri elan edərək kədərini sosial media hesabından dilə gətirib.

“İnana bilmirəm! Ah, Qamze… Hər ölüm tezdir, amma sənin üçün olduqca tez idi”, – deyə Çağlayan acısını ifadə edib.

Məşhur ssenarist Qamze Özer “Sihirli Annem”, “’Hayatımın Rolü”, “Maskeli Balo”, “Nefes”,  “Hanımın Çiftliği”, “Beni Unutma”, “Annem”, “Acemi Cadı”, “Bütün Çocuklarım”, “Kuzenlerim”, “Güzel Günler” və s. bu kimi məşhur serialların ssenaristi olub.

Mənbə: Milliyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir