Dünya

Kanadada Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi

Sharing is caring!

Kanada Senatı baş nazir Castin Trüdonun təklif etdiyi Rusiya aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Məlumata görə, layihə xarici vətəndaşların mənzil almasına iki illik qadağa qoyulması, eləcə də Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirə edilməsi və satılmasını nəzərdə tutur.

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçdikdən sonra kralın rəsmi razılığından sonra qanuna çevriləcək.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak artıq bu xəbərə münasibət bildirib. Onun sözlərinə görə, yeni qanun sayəsində Kanada öz ərazisində dondurulmuş Rusiya aktivlərini müsadirə edərək Ukraynaya ötürə biləcək və bu, müharibə başlayandan sonra ilk belə presedent olacaq.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir