Dünya

ABŞ-da iki yaşlı uşaq atasını güllələyib öldürdü: Anası həbs edildi – FOTO

Sharing is caring!

ABŞ-da iki yaşlı uşaq oynayarkən atasını kürəyindən güllələyib.

Hadisə Florida ştatında baş verib. Polisin məlumatına görə, uşağın 26 yaşlı anası Mari Roz Ayala silahı kiçik oğlundan gizlətməyi unudub.

O bildirib ki, atışma zamanı həyat yoldaşı və üç övladı ilə həmin otaqda olublar. Qadın həbs edilib.

“Uşaqlara zərər dəyməyib, lakin çox güman ki, onlar həmişəlik emosional travma ilə qalacaqlar. Həm də onlar faktiki olaraq hər iki valideynlərini itirdilər, eyni zamanda təsadüfən atasının kürəyinə atəş açan uşaq onun hərəkətinin valideyninin ölümünə səbəb olduğunu bilərək böyüməli olacaq”, – deyə Orinc dairəsinin şerifi Con Mina bildirib.

Mənbə: NBC News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir