İdman

Millimiz böyük hesabla uduzdu

Sharing is caring!

Bu gün futbol üzrə U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub və 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması hazırda 7 xalla sonuncu- 5-ci pillədə qərarlaşıb. Siyahıya  19 xalla Xorvatiya başçılıq edir. Finlandiya 19 xalla 2-ci, Norveç 18 xalla 3-cü, Avstriya 16 xalla 4-cüdür.

Yığmamız növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.

7 iyun

Avro-2023, seçmə mərhələ

Finlandiya – Azərbaycan – 3:0 
Qollar: Skottya 50, Antmann 55, Sadiku 79

Reallaşdırılmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir