Araşdırma

Saxta erməni xislətinin növbəti qurbanı – İrəvandakı “Təpəbaşı” məhəlləsi + SOS

Sharing is caring!

Hadisə: Ermənistanın paytaxtı Yeravanın və Fransanın şəhəri Lionun birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın tarixi şəhəri olan İrəvanın “Təpəbaşı” məhəlləsinin “rekonstruksiyası” ilə bağlı layihə hazırlanır. Artıq Lionun meri İrəvana səfər edərək həmin ərazilərə baxış keçirib. Ermənilər fransızlarla birləşərək Azərbayca xalqına məxsus  “Təpəbaşı” məhəlləsinin real tarixi izlərini silmək niyyətindədir. 

Doğru tarix: 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», “Dəmirbulaq”, “Dərəkənd”, “Təpəbaşı” ibarət olub. 

“Təpəbaşı” Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi.

Bu tarixi faktlar bir daha sübut edir ki, “Təpəbaşı” İrəvanın əsasını təşkil edib və bir başa Azərbaycan tarixi ilə əlaqədardır. 

Veriləcək dərs: Erməni xislətindən əl çəkmir və belə də davam edəcək. Saxta və qondarma tarixi mif-lər işərisində yaşamaq bu xalqı nə qədər çürütsə də, Vətən müharibəsi həqiqəti onlara nə qədər qandırsa da, yenə də xislətlərindən əl çəkmirlər. Onların murdar hərəkətlərinə Fransanın dəstək verməsi isə Avropa ailəsi adına ləkədir. Həm də Lion şəhərinin merindən belə addım gülünc doğurur. Ermənilər Şuşanın və işğalda olan digər ərazilərimizin adlarını dəyişmişdilər, tarixlərini saxtalaşdırmağa cəhd göstərmişdilər, yurlarımızda daşı-daş üstündə qoymamışdılar. Nəticə necə oldu? 30 ildən sonra Qarabağ faktiki həm de-yure, həm də de-fakto Azərbaycanın oldu. 

Eyni hadisə Qərbi Azərbaycan üçün də yaşanacaq. Prosesə strar verilib. Sadəcə həmin mübarək günə qədər imkan verə bilmərik ki, ermənilər Azərbaycanın qədim torpaqalarındakı tarixi ləkələsinlər.

Təkliflər: XİN və Azərbaycanın Fransadakı səfirliyi təcili bəyanat imzalasın; Fransada yaşayan azərbaycanlılar Lion meriyası qarşısında dinc aksiya təşkil etsinlər; xarici ölkələrdə “Təpəbaşı” məhəlləsinə aid tarixi faktların əks oldunduğu rəsm sərgiləri təşkil olunsun; JUNESKO-ya rəsmi etiraz müraciəti ünvanlansın.

Ümumiyyətlə, ermənilərin növbəti vandallığının qarşısını almaq məqsədi ilə AMEA-nın və ali məktəbkərin tarixçi alimləri bir araya gələrək tədbirlər planı hazırlasınlar. Biz artıq erməni şovnizmindən əsrlər boyu həm də ona görə əziyyət çəkmişik ki, onların saxtakarlıqlarından ya gec xəbər tutmuşuq, ya da xəbərimiz olanda zəif əhəmiyyət vermişik. Bu dəfə tam əksini edək! 

Jurnalist Ekspert Mərkəzi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir