Dünya

ABŞ müdafiə naziri xəstəxanadan evə buraxılıb

Sharing is caring!


Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə (Meriland) yerləşdirilən ABŞ-nin müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

Bu barədə Pentaqonun Mətbuat Xidmətinin yaydığı bəyanatda bildirilib.

Sənəddə göstərilib ki, Ostin bazar ertəsi evə buraxılıb.

“Nazir hələ də sağalır və həkimlərinin göstərişi ilə Pentaqona tam qayıdana qədər öz vəzifələrini bir müddət məsafədən yerinə yetirəcək”, – deyə bəyanatda bildirilib. Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir