Cəmiyyət

Sumqayıtda partlayış baş verib: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Sumqayıtda partlayış baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsi iki saylı yataqxanada qeydə alınıb.

Hadisənin ilkin olaraq qaz balonundan baş verdiyi bildirilir. Partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb.

2008-ci il təvəllüdlü Nəzakət Ceyhun qızı Paşayeva üzün ikinci dərəcəli terniki yanığı, 2013-cü il təvəllüdlü Yusif Ceyhun oğlu Paşayev üzün birinci dərəcəli, əlin ikinci dərəcəli yanığı, 1986-cı il təvəllüdlü Ceyhun Eldar oğlu Paşayev üzdə, sağ və sol əlin yanıqları, həyat yoldaşı 1990-cı il təvəllüdlü Vüsalə Gündüz qızı Paşayevaya üzün və əllərin birinci və ikinci dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir