Dünya

Ukraynaya yanacaq üçün “yaşıl dəhlizlər” açıldı – FOTO/VİDEO

Sharing is caring!

Yanacaqla Ukraynaya, yanacaq üçün isə Avropa İttifaqı ölkələrinə gedən yanacaq daşıyan maşınlar Ukrayna gömrüyündən növbədənkənar buraxılır. Onlar üçün “yaşıl dəhlizlər” həmsərhəd dövlətlərlə razılaşdırılıb.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Yanacaqla doldurulmuş avtomobillər həm qonşu ölkədən, həm də Ukraynadan prioritet qaydada sərhəd və gömrük nəzarəti prosedurlarından keçir. Ukraynanı tərk etmək üçün yanacaq daşıyan maşınlar toplandığı halda, onlar Milli Polislə birlikdə nəzarət-buraxılış məntəqəsinə doğru müşayiət olunur və ayrıca zolağa buraxılırlar”, – deyə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd edək ki, aprelin sonundan Ukraynada yanacaq qıtlığı yaranıb. Buna Ukraynadakı neft anbarlarının Rusiya qoşunları tərəfindən dağıdılması səbəb olub.

Mənbə: Novosti Donbasa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir