İdman

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlandı – SİYAHI

Sharing is caring!


Oktyabrın 23-dən 29-a qədər Albaniyanın paytaxtı Tiranada keçiriləcək 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.

Dünya Güləş Birliyinin saytının yaydığı məlumata görə, ölkəmizin idman şərəfini 26 pəhləvan qorumağa çalışacaq.

Sərbəst güləş yığmamızın heyətində Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Cioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) yer alıblar.

Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (79 kq), Elcan Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yunan-Roma güləşində güclərini sınayacaqlar.

Qadın güləşçilərimizdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıqova (72 kq) dünya çempionatında yarışacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir