Cəmiyyət

Bakıda qanunsuz parklanma yeri salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”

Sharing is caring!

Bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanan Nəsimi rayonundakı parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.

Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

Ş.Məmmədova illərdir jurnalistlərə qarşı sərgilədiyi mövqeyi bu dəfə də qorumağı bacarıb.

Xalq artisti kobud cavab verərək, “Mən məşğulam, nə istəyirsiniz məndən? Hər şeyi bilirəm, sakit olun”, – deyib və telefonun dəstəyini asıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir