Dünya

Türkiyədə ildırım düşməsi nəticəsində meşə yanğını başlayıb

Sharing is caring!

Türkiyənin Muğla vilayətinin Fəthiyə bölgəsində ildırım düşməsi nəticəsində yaranan meşə yanğını havadan və qurudan edilən müdaxilələrlə nəzarət altına alınmağa çalışılır.

Muğla Meşə Bölgə Müdürlüyündən verilən məlumata görə, İnlicə məhəlləsindəki sıldırım və qayalıq ərazidə yerləşən meşəyə ildırım düşüb və yanğın başlayıb. Tüstünü görənlər aidiyyəti orqanlara xəbər veriblər. Bölgəyə iki helikoter, suçiləyici qurğular və yanğınsöndürmə işçiləri sövq ediliblər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir