Siyasət

Ukraynalı deputat: “İlham Əliyevlə Nikol Paşinyanın Praqadakı görüşü sülh istiqamətində atılmış addımdır”

Sharing is caring!

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqadakı əlamətdar görüşü uzun müddətdir ki, münaqişə şəraitində olan və hərbi toqquşmaların baş verdiyi iki ölkə arasında sülh istiqamətində atılmış addımdır”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuri Kamelçuk bildirib.

O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının vacibliyini vurğulayıb:

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələsinin bundan əvvəl əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilməsini istərdim”.

Yuri Kamelçuk bölgədə insanların sülh şəraitində yaşayacaqlarına ümid etdiyini bildirib:

“Ümid edirəm ki, çətin şəraitdə, atışmaların baş verdiyi, bu gün də davam etdiyi ərazilərdə yaşayan dinc insanlar, adi vətəndaşlar sülh şəraitində yaşaya biləcəklər. Üstəlik, iki dövlətin sakit şəraitdə yaşayacağına, yaxşı qonşuluq münasibətləri quracağına, müharibə nəticəsində bu əraziləri tərk edən insanların doğma evlərinə qayıdacaqlarına ümid edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir