Dünya manset

S-400 sistemlərini gətirən 5-ci təyyarə Türkiyədə – Foto

Türkiyə Müdafiə Nazirliyi içərisində Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin yeni detalları olan 5-ci təyyarənin bu gün ölkəyə gətirildiyini açıqlayıb.

XeberAl.az xəbər verir ki, S-400 sistemlərinə aid avadanlığın Mürted avibazasına endirildiyi bildirilir.
Məlumatda altıncı və yeddinci təyyarələrin gün ərzində gətiriləcəyi qeyd edilir.

Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi S-400-lərin ilk partiyasının iyulun 12-də ölkəyə gətirildiyini elan etmişdi.