Dünya

Mask “Twitter”i almaq üçün “SpaceX”in səhmlərini satmağı planlaşdırır

Sharing is caring!

Amerikalı sahibkar İlon Mask “Twitter”in satın alınması barədə müqavilənin dəyərini ödəmək üçün “SpaceX”dəki səhmlərinin bir hissəsini satmağı planlaşdırır.

Bu barədə “The New York Post” öz mənbələrinə istinadən xəbər yazıb.

Bildirilir ki, Maska “Twitter”in satın alınmasını tamamlamaq üçün 44 milyard dollar lazımdır. Mümkün seçim “SpaceX”in səhmlərinin bir hissəsini satmaqdır. Əgər Mask “Twitter”i almaqdan imtina etsə, bir milyard dollar məbləğində cərimə ödəməlidir. 

Mənbənin məlumatına görə, şirkət hər bir səhmi 70 dollardan satmağı planlaşdırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir