Dünya

“Doktor Strenc” filminin ulduzu pedofiliyada günahkar bilindi

Sharing is caring!

“Doktor Strenc” filminin ulduzu Zara Pitian və onun əri Viktor Mark 13 yaşlı qızı aldatmaqda təqsirli biliniblər.

Artıq yetkinlik yaşına çatmış zərərçəkənin sözlərinə görə, Viktor onunla ən azı 20 dəfə cinsi əlaqədə olub. Markın özü isə iddia edir ki, bu, qızın artıq 18 yaşı olandan sonra razılıq əsasında baş verib.

Zərərçəkmiş bildirib ki, o, müntəzəm olaraq ər və arvadın yanında gecələyib və bir dəfə Pitian ona güclü spirtli içki verib. Məhz bundan sonra hər üçü ilk dəfə cinsi əlaqədə olublar.

Azyaşlıya qarşı cinsi zorakılıq, onun ifadəsinə görə, 18 yaşına qədər davam edib. Qıza qarşı cinayətlər başlayanda Pitianın təxminən 20, Markın isə 42 yaşı olub. Hazırda aktrisanın 37 yaşı var.

O, “Doktor Strenc” filmində mənfi obraz olan zelotlardan birini canlandırıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir