Dünya

Zelenski: “Ukraynanın iki Qələbə Günü olacaq” – VİDEO

Sharing is caring!

“Biz övladlarımıza görə azadlıq uğrunda mübarizə aparırıq, deməli qalib gələcəyik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski 9 May – faşizm üzərində Qələbə Günü münasibəti ilə çıxışında deyib.

O, İkinci Dünya müharibəsində səkkiz milyondan çox ukraynalının həyatını itirdiyini deyərək, bu qurbanların heç bir zaman unudulmayacağını vurğulayıb.

“Çox yaxında Ukraynada iki Qələbə Günü olacaq, kimdəsə bunların heç biri qalmayacaq. O vaxt da zəfər çaldıq, indi də qalib gələcəyik. Xreşatik (Kiyevin mərkəzi küçəsi – red.) isə qələbə paradını – Ukraynanın zəfərini görəcək! Nasizm üzərində Qələbə Gününüz mübarək!” – deyə prezident xalqını təbrik edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir