Dünya

Moskva Finlandiya və İsveçi hədələdi: NATO-ya daxil olarlarsa, Rusiyanın hədəfinə çevriləcəklər

Sharing is caring!

“Finlandiya və İsveçin NATO-ya daxil olması onları Rusiyaya düşmən kimi rəftar etmək məcburiyyətində qoyacaq, bu da Moskvanın bu ölkələrlə münasibətlərinə yenidən nəzərdən keçirməsinə səbəb olacaq”.

Bu barədə Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bəyan edib.

“Belə bir halda Baltikyanı regionun qeyri-nüvə statusunu unutmaq olar”, – deyə Stepanov iki Skandinaviya ölkəsinin alyansa qoşulması perspektivlərini şərh edərkən bildirib.

Qeyd edək ki, hazırda neytral ölkə olan Finlandiya və İsveç Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarını müzakirə edirlər.

Şimali Atlantika Alyansı da bu ölkələri öz sıralarına qəbul etməyə hazır olduqlarını bəyan edib.

“NATO Finlandiya və İsveçin yaxın aylar və həftələr ərzində mümkün üzvlüklə bağlı öz qərarlarını verməsini gözləyir. ABŞ bu ölkələrin alyansa qoşulmasını alqışlayacaq”, – deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culiann Smit bildirib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir