Dünya

Aİ Rusiya neftini daşıyan gəmilərə qadağa qoya bilər

Sharing is caring!

Avropa İttifaqı Rusiyadan neft daşıyan gəmilər üçün sığorta qadağasının tətbiqi imkanlarını müzakirə edir.

Belə bir addım Rusiya neftinin dünya bazarına çıxışını xeyli məhdudlaşdıracaq.

Məlumata görə, sığorta qadağası Aİ rəsmilərinin Rusiyaya qarşı hazırladıqları altıncı sanksiyalar paketinin bir hissəsidir.

Dünyanın ən böyük tanker donanmalarından birinə sahib olan “Frontline Ltd” şirkətinin direktoru Dars Barstad bildirib ki, belə bir qərar Rusiyanın qlobal neft bazarlarına çıxışını faktiki olaraq əngəlləyir.

Barstadın sözlərinə görə, qadağa tətbiq edildikdən sonra şirkətlər gəmiləri ətraf mühitə təhlükələrdən sığortalaya bilməyəcəkləri üçün Rusiya neftinin nəqlindən imtina edəcəklər.

Xatırladaq ki, Avropa Tehranı nüvə proqramı ilə bağlı danışıqlara məcbur etmək üçün on il əvvəl İranın neft ixracını azaltmaq məqsədilə bu taktikadan istifadə edib.

Mənbə: vesti.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir