İdman

“Mançester Siti”dən çempionluq yolunda vacib qələbə – VİDEO

Sharing is caring!

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.

Çempionluğun əsas namizədlərindən biri olan “Mançester Siti” doğma meydanda “Nyukasl”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 86-ya çatdıran “Mançester Siti” liderliyini möhkəmlədib. Hazırda Mançester təmsilçisi ən yaxın izləyicisi “Liverpul”dan 3 xal öndədir.

“Nyukasl” isə 43 xalla 13-cü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir