Dünya

“Lukoil”in keçmiş yüksək vəzifəli menecerlərindən biri ölü tapıldı

Sharing is caring!

“Lukoil”in keçmiş yüksək vəzifəli idarəçilərindən biri Mitişidə ölü tapılıb.

Bununla bağlı Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Aleksandr Subottin adlı şəxs çox miqdarda içki qəbul etdiyi gecənin səhərisi müalicə olunmaq üçün müxtəlif zəhərlərdən istifadə edən şaman ailəsinin yanında olub.

Prosedurun ardından halı pisləşən Subottin üçün təcili yardım çağırmaq əvəzinə ona “korvalol” veriblər və zirzəmidə istirahətə yollayıblar.

Milyarder ordan sağ çıxmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir