Dünya

Özbəkistan-Qırğızıstan sərhədində silahlı insident: Üç nəfər güllələndi

Sharing is caring!

Özbəkistan sərhədçiləri üç Qırğızıstan vətəndaşını güllələyiblər. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını itiriblər.

Bu barədə Qırğızıstanın sərhəd xidmətinin mətbuat mərkəzi məlumat verib.

Qeyd edilir ki, tərəflər danışıqlar zamanı insidenti müzakirə etmək niyyətindədirlər.

İnsidentin səbəblərini aydınlaşdırmaq üçün Qırğızıstanın Ala-Buka istiqamətindəki sərhəd nümayəndəsi dərhal Özbəkistanın Yangi-Kurqan istiqamətindəki sərhəd nümayəndəsi ilə görüş keçirib.

Tərəflər rəsmi araşdırmaların nəticələrinə görə görüşün mayın 6-da davam etdirilməsi barədə razılığa gəliblər. Hadisə ilə bağlı əməkdaşlıq edən orqanlar da məlumatlandırılıb və istintaq tədbirləri başlayıb.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir