Dünya

Ukraynalı qaçqınlar Litvaya 3 milyon avrodan çox vergi ödəyiblər

Sharing is caring!

Rusiyanın Ukraynada tammiqyaslı işğalı başlayandan Litvaya 50 mindən çox ukraynalı qaçqın gəlib. Onlardan 28 mini əmək qabiliyyətli yaşda olan insanlardır, 7,6 mindən çoxu artıq iş tapıb.

Bu barədə Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi məlumat yayıb.

“İşlə məşğul olan ukraynalılar artıq ölkəmizə 3 milyon avrodan çox vergi ödəyiblər. Ölkəmizə gələn ukraynalıları işə götürənlərə təşəkkür edirəm və sizi Məşğulluq Xidmətində vakansiyaların qeydiyyatını davam etdirməyə dəvət edirəm”, – deyə müvafiq qurumun naziri Monika Navickiene bildirib.

Ukraynalıların böyük əksəriyyəti orta ixtisas tələb edən işlərdə, hər on nəfərdən biri yüksək ixtisaslı işlərdə çalışır. Əmək haqqı minimumdan (600 avro) 2000 avroya qədərdir. Litvada işləyən ukraynalı orta hesabla 900 avroya yaxın qazanır.

Eyni zamanda, hazırda iş axtaran 8,7 mindən çox Ukrayna vətəndaşı Litva Məşğulluq Xidmətində qeydiyyatdan keçib.

Mənbə: LRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir