Dünya

Rusiya Baş Qərargah rəisinin olduğu ərazidə güclü partlayış

Sharing is caring!

Xarkov vilayətinin İzyum şəhərində Rusiya Federasiyası Baş Qərargah rəisi Valeri Gerasimovun olduğu 2-ci Ordusunun qərargahı ərazisində güclü partlayış baş verib.

Bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko məlumat verib.

“Ümid edirəm ki, o, yüzlərlə zabiti ilə birlikdə ölüb”, – deyə nazir müavini bildirib.

Geraşenkonun sözlərinə görə, Rusiyanın Baş Qərargah rəisi Slavyansk istiqamətindəki hücuma şəxsən rəhbərlik etmək üçün əraziyə gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir