Dünya Hadisə

Xəzərdə neft quyusu alovlandı

Xəzər dənizində Qazaxıstanın Manqistau ərazisindəki Kalamkas neft quyusunda yanğın baş verib.

XəbərAl.az  xəbər verir ki, “JSC Mangistaumunaigaz” şirkətinə məxsus quyuda müşahidə edilən yanğının hündürlüyü 10 metr çatır, ərazisi isə 900 kvadrat metri əhatə edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğını söndürmək üçün 14 yanğınsöndürən və 4 texniki vasitə cəlb edilib.

Qeyd edək ki, “JSC Mangistaumunaigaz” Qazaxıstanın ən böyük neft şirkətlərindən biridir. 1996-cı ildə fəaliyyətə başlayan şirkətin ölkədə 36 neft və qaz yatağı var.