Dünya

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb

Sharing is caring!




Yamaykanın Xarici İşlər və Xarici Ticarət Nazirliyi Fələstin dövlətini tanıdığını bildirib.

Bu barədə qurumun rəhbəri Kamina Conson Smit açıqlama yayıb.

“Yamayka Nazirlər Kabineti iclas keçirərək Fələstini rəsmən dövlət olaraq tanımağa dair qərar qəbul edib”, – deyə nazir bildirib.

K.Smit deyib ki, ölkəsi uzun müddətdir davam edən İsrail və Fələstin münaqişəsinin həlli üçün yeganə əlverişli variant kimi “iki dövlət” prinsipinin reallaşmasını görür və onu müdafiə edir.

Xatırladaq ki, Fələstinin müstəqilliyini BMT-nin 193 üzvündən 138-i tanıyıb.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir