Dünya

İngiltərə Premyer Liqasının iki futbolçusu zorlamada şübhəli bilinərək həbs edilib

Sharing is caring!




İngiltərə Premyer Liqasında çıxış edən klubun iki futbolçusu zorlamada şübhəli bilinərək həbs edilib.

Bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunub ki, polis həftəsonu idmançılardan birini stadionun yaxınlığında saxlayıb. Məlumata görə, zorlamanın özü cümə günü axşam baş verib, bundan sonra zərərçəkmiş polisə müraciət edib.

Hər iki futbolçunun 19 yaşı var. Onlardan biri kamerada gecələyib və sonra əməliyyatçılar tərəfindən dindirilib. Onun komanda yoldaşı ertəsi gün həbs edilib. Bundan sonra futbolçular əlavə istintaqa qədər zaminə buraxılıblar.

Klubun adı və futbolçuların adları açıqlanmır.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir