Dünya

Senator Uorner: “ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər”

Sharing is caring!




“ABŞ gələn həftə Ukraynaya silah, o cümlədən “ATACMS” taktiki raketləri verməyə başlaya bilər”.

Bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.

“Bizə bildirdilər ki, prezident qanun layihəsini imzalayan kimi bu silahlar həftənin sonuna qədər göndəriləcək”, – o, “CBS” telekanalının efirində bildirib.

Uorner aydınlaşdırıb ki, yardım paketinə uzaqmənzilli silahlar, o cümlədən “ATACMS” da daxil olacaq. O, həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə mübarizəyə müdafiə büdcəsinin cəmi 3%-ni xərcləyir və öz ordusundan istifadə etmir.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir