Dünya

Xütbə oxuyan keşişə yaxınlaşıb, bıçaqla zərbələr endirdi: Sidneydə dəhşət anları – VİDEO

Sharing is caring!




Sidneydə (Avstraliya) şəhərətrafı qəsəbələrdəki ticarət mərkəzində bıçaqlanma hadisəsindən iki gün sonra daha bir hücum həyata keçirilib.

Bu dəfə hadisə kilsədə baş verib.

Məlumata görə, yepiskop Mari Emmanuel xütbə oxuyarkən qəfildən bir nəfər ona yaxınlaşaraq bıçaqla zərbələr endirib. Ziyarətçilər hadisəyə dərhal müdaxilə etmək istəyiblər. Nəticədə onlar da xəsarət alıblar.

Baş verənlər hadisə şahidinin biri tərəfindən mobil telefonla çəkilib.

Xatırladaq ki, Sidneydə bir neçə gün öncə baş verən terror aktında altı nəfər həlak olmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir