Dünya

İstanbul və Kahramanmaraşda zəlzələ baş verib – FOTO

Sharing is caring!

Türkiyənin İstanbul və Kahramanmaraş şəhərlərində zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

İstanbulun Yalova sahillərində Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 9,71 kilometr olub. Başda İstanbul olmaqla ətraf vilayətlərdə də hiss olunan zəlzələ qısa müddətli çaxnaşma yaradıb.

Kahramanmaraş şəhərində baş verən zəlzələ dörd bal gücündə olub.

Məlumata görə, 5,13 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentri Kahramanmaraşın Dulkadiroğlu rayonunda olub. İnsanlar təlaş içində küçələrə çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir