Dünya

Gürcüstanda LGBT təbliğatına qarşı qanun layihəsi hazırlanıb

Sharing is caring!

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşırlar.

Bu açıqlama barədə partiyanın icraçı katibi Mamuka Mdinaradze çıxışında məlumat verib.

O, LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini açıqlayıb:

“Biz BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini və dost, tərəfdaş ölkələrin vergi ödəyicilərindən gələn vəsaitlərin hara getdiyini aydınlaşdırmağa çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir