Dünya

“Barselona” “Atletiko”nu məğlub edərək İspaniya çempionatında ikinci yerə yüksəlib – VİDEO

Sharing is caring!

Madriddə yerli “Atletiko Madrid” və “Barselona” arasında İspaniya Primera Liqasının 29-cu turunun oyunu baş tutub.

Oxu.az xəbər verir ki, görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Joau Feliks (38-ci dəqiqə), Robert Levandovski (47) və Lopes Fermin (65) fərqlənib.

Qeyd edək ki, kataloniyalıların baş məşqçisi Xavi 42-ci dəqiqədə iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

“Barselona” 64 xal toplayaraq ikinci pilləyə yüksəlib. “Atletiko” 55 xalla beçinci yerdə qalıb.

Növbəti turda “Barselona” martın 30-da “Las Palmas”ı qəbul edəcək. “Atletiko Madrid” aprelin birində səfərdə “Vilyarreal”la qarşılaşacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir