Siyasət

Füzuli şəhərinə növbəti köç karvanı yola düşür

Sharing is caring!

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı başlayır.

“Report” xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də Füzuliyə 34 ailədən (123 nəfər) ibarət növbəti köç karvanı yola düşür.

Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.

Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə – 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir