Dünya

Xabi Alonso “Qarabağ”la oyun barədə: “Çox sayda güclü futbolçuları var”

Sharing is caring!

“Oyundan əvvəl nikbin olmaq üçün bir çox səbəbimiz var”.

Bu sözləri “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonso Almaniyada “Qarabağ”a qarşı oynayacaqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

“Bizə yaxşı oyun və azarkeşlərin tam dəstəyi lazımdır. “Qarabağ” güclü kollektivə malikdir və çox sayda güclü futbolçuları var. Amma biz öz oyunumuzu oynamaq və irəliləmək üçün yaranan şansımızdan istifadə etmək istəyirik”, – deyə Xabi Alonso qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir