Dünya

Vyetnamda daşqınlar və torpaq sürüşmələri on nəfərin həyatına son qoyub – FOTO/VİDEO

Sharing is caring!


Vyetnamın şimalında baş verən daşqın və torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həyatını itirib.

Bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələri ilə Mübarizə üzrə Milli Əlaqələndirmə Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, uzun müddət davam edən leysan yağışları nəticəsində meydana gələn güclü daşqınlar və torpaq sürüşmələri yüzlərlə evi yararsız hala salıb, magistral yollar sıradan çıxıb.

Vyetnamın Milli Hidrometeoroloji Proqnozlar Mərkəzindən bildirilib ki, şimal bölgəsində leysan xarakterli yağışlar yaxın iki gün ərzində də davam edəcək, təkrar daşqın və sürüşmə riski yüksək olaraq qalır.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.az RU (@ruoxuaz)

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir