Cəmiyyət

Avtomobil aşıb, 16 yaşlı oğlan ölüb

Sharing is caring!


Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Ramil Natiq oğlu Quliyev idarə etdiyi VAZ 21015 markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə həmin avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü Elmir Ayaz oğlu İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir