Cəmiyyət

Vladanka Andreeva: “Azərbaycanlı məhbuslara çox gözəl şərait yaradılıb”

Sharing is caring!

“On yeddi aydır ki, Azərbaycanda fəaliyyət göstərirəm. İlk dəfədir, buraya gəlirəm”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində qadın məhkumların cəzaçəkmə müəssisəsini ziyarət edən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib. O bildirib ki, azərbaycanlı məhbuslara çox gözəl şərait yaradılıb: 

“Onların peşə öyrənmələri üçün yaradılan şərait təqdirəlayiqdir. Mən qadın məhbuslar tərəfdə hazırlanan şirniyyatın dadına baxdım, onların əl işləri ilə tanış oldum. Bu, qadın məhbusların cəzaçəkmə müəssisəsində vaxtlarını səmərəli keçirməsinə hesablanıb. Lakin bu peşələr cəza müddəti bitdikdən sonra yeni həyatlarında da onlara kömək olacaq”. 

Andreeva qeyd edib ki, bu gün narıncı rəngli geyimdə qadın cəzaçəkmə müəssisəsinə gəlməyi simvolikdir:

“Bu rəng qadın zorakılığına qarşı mübarizənin rəmzi kimi qiymətləndirilir. Ombudsman ilə birgə qadın zorakılığı ilə mübarizə üzrə 16 günlük tədbir çərçivəsində buranı ziyarət etdik. Biz eyni zamanda Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Səfər çərçivəsində bölgələrdə olan qadınların fəaliyyət sahəsinin genişləndirilməsinə çalışacağıq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir