Cəmiyyət

Stilist 2024-cü ilin dəbdə olacaq makiyajlarından DANIŞDI – FOTO

Sharing is caring!


2024-cü ilin ilk günlərini yaşayırıq. Qadınlar tərəfindən daha çox maraq doğuran məsələlərdən biri də bu ilin dəbdə olacaq makiyaj formalarıdır. Bu il hansı makiyaj trendlərinin dəbdə olacağı səbirsizliklə gözlənilir.

Mövzu il bağlı Oxu.Az-ın əməkdaşı stilist Vəfa İsazadə ilə danışıb.

Onun sözlərinə görə, əjdaha ilində əlvan və alovlu rənglər daha çox aktual olacaq:

“Əjdaha güclülüyün simvoludur. Ona görə də bu, makiyaj və geyimlərdən də yan keçməyəcək. 2024-cü ilin makiyaj trendləri ötən ilə nisbətən elə də dəyişməyib. Daha çox yaşıl, qırmızı, gümüşü, qum və qızılı rəngləri əhatə edəcək. Yaşıl ilə gümüşünü, qum ilə parıltılı gümüşü rəngini uyğunlaşdırmaq olar”.

V.İsazadə qeyd edib ki, bu il makiyajda gözlər ilə yanaşı, dodaqlara da üstünlük veriləcək:

“Parıltılı kosmetikadan düzgün və qədərində istifadə etmək lazımdır ki, istədiyimiz mükəmməl nəticəni ala bilək. Keçən il olduğu kimi bu il də üzdə çillər etmək dəbdə olacaq. Bu il ötən ildən fərqli olaraq rəngli göz karandaşları ilə gözləri makiyaj etmək dəbdə olacaq”.

Stilist əlavə edib ki, bu il də sadə makiyajlar öz aktuallığını qoruyub saxlayacaq:

“Bu il dodaq konturlarından istifadə dəbdə olacaq. Qırmızı dodaq boyaları da aktuallığını qoruyacaq. Çəhrayı ənliklər bu il daha çox dəbdə olacaq. Əjdaha ili çılğınlığı və rəngarəngliyi sevməyinə baxmayaraq, sadə və solğun makiyaj da öz aktuallığını qoruyacaq”.

“Üz dərimizə uyğun olmayan rənglər dəbdə olsa da, istifadə etməməyi tövsiyə edirəm. Dəb bizə yaraşandır. Ona görə də üzümüzə, dəri rəngimizə hansı rəng uyğun gəlirsə, o tip makiyajdan istifadəni tövsiyə edirəm”, – deyə V.İsazadə fikrini tamamlayıb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir