Dünya

Amsterdamda partiya lideri ölümlə hədələndi – SƏBƏB + FOTO

Sharing is caring!


Amsterdam polisi ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vildersi öldürməklə hədələyən şəxsi saxlayıb.

Bu barədə siyasətçi “X” səhifəsində yazıb.

“Bu həftəsonu məni öldürməklə hədələyən bir adamı saxlayan Amsterdam polis bölməsinə çox təşəkkür edirəm”, – Vildersi qeyd edib.

Qeyd olunur, polis həmin şəxsin həbs olunduğunu təsdiqləyib. Bazar ertəsi məhkəmə istintaq dövrü üçün qabaqlayıcı tədbirlər haqqında qərar verməlidir.

İslamı və müsəlmanları sərt tənqid etdiyinə görə Vilders daim təhdidlər alır və gecə-gündüz polisin xüsusi mühafizəsi altında olur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir