İdman

FIFA və UEFA azərbaycanlı futbolçunun vəfatı ilə bağlı başsağlığı veriblər

Sharing is caring!


FIFA və UEFA milli komandamızın sabiq futbolçusu Şəhriyar Rəhimovun vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıblar.

Oxu.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumlarının rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, Şəhriyar Rəhimov avqustun 25-də – 34 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib. O, 2018-19-cu illərdə Azərbaycan millisinin heyətində doqquz oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir