İdman

“Liverpul” məğlubiyyətdən ikinci hissədə xilas oldu – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 28-ci turunun mərkəzi oyunu kimi “Liverpul” və “Mançester Siti” komandaları qarşılaşıblar.

Oyun Liverpuldakı Enfild stadionunda baş tutub. Görüşün baş hakimi Maykl Oliver idi.

Qarşılaşmada hesabı 24-cü dəqiqədə qonaqlar açıblar. Müdafiəçi Con Stounz fərqlənib. Meydan sahibləri 50-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Aleksis Mak Allister penaltidən yararlanıb.

İngiltərə çempionatının 28 turundan sonra “Liverpul” 64 xalla ikinci pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra “Mançester Siti” 63 xalla üçüncü yerdədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir