Dünya

İran gəmisi husilərə dəniz hücumlarında kömək edir

Sharing is caring!


İran gəmisi “Beşhəd” Yəməndəki husi üsyançılarına başqa ölkələrdən gələn gəmilərə hücum etməkdə kömək edir.

“Financial Times” qəzetinin “MarineTraffic” gəmi izləmə xidmətinin məlumatlarına istinadən yazdığına görə, bir neçə ildir Qırmızı dənizdə demək olar ki, hərəkətsiz qalan “Beşhəd” yanvarın 11-də Ədən körfəzinə doğru yola düşüb. Bu, bölgədəki konteyner gəmilərinə husilərin hücumlarının başlaması ilə üst-üstə düşüb.

Belə ki, 15 yanvarda “Gibraltar Eagle”, iki gün sonra “Genco Picardy”, müvafiq olaraq 24 və 26 yanvarda isə “Maersk Detroit” və “Marlin Luanda” hücuma məruz qalıb.

Fevralın 2-dən 19-dək gəmi Çin hərbi-dəniz bazasının yerləşdiyi Cibuti sahillərində olub. Bu dövrdə hücumların sayında artım müşahidə edilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir