Cəmiyyət

Bəzi ərazilərə yağış yağır – FAKTİKİ HAVA

Sharing is caring!


Martın 10-u saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şahbuz, Kəlbəcər, Şuşa, Laçın, Daşkəsən, Gədəbəy, Göygöldə qar, Naxçıvan, Şərur, Culfa, Ordubad, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Şəki, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 6, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir