Dünya

Maldiv adaları Türkiyə dronları üçün PUA bazası yaradır

Sharing is caring!


Maldiv Respublikası adaların okean ərazilərini izləmək məqsədilə Türkiyədən gətirilən hərbi pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üçün Maafaru adasında xüsusi baza yaratmağa başlayıb.

Məlumata görə, baza beynəlxalq hava limanının yerləşdiyi Maafarunun şimalında yaradılır.

Bildirilir ki, bir qrup Maldiv hərbi qulluqçusu hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir.

Rəsmilər hələlik bu layihə ilə bağlı heç bir məlumat verməyiblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir