Dünya

Ərdoğan: “Rusiyanın “Taxıl sazişi”nə qayıtması Qərb ölkələrindən asılıdır”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın “Taxıl sazişi”nə qayıtması Qərb ölkələrinin öz öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Türkiyə lideri ölkələr arasında əldə edilən razılaşmalara sonradan riayət edilməməsini mənfi tendensiya kimi qiymətləndirib.

“Təəssüf ki, son vaxtlar əldə edilən razılaşmalara sadiqlik prinsipinə əməl edilmir”, – deyə prezident vurğulayıb.

R.T.Ərdoğan vurğulayıb ki, Qərb ölkələri Qara Dəniz taxıl təşəbbüsünün ətrafında əldə edilmiş müsbət ab-havanı əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün diplomatik addımlar atmayıblar.

Mənbə: Al Monitor

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir