Dünya

Lukaşenko İrana rəsmi səfərə yollanıb

Sharing is caring!

Belarus Prezidenti Aleksandr Lukaşenko İrana rəsmi səfərə yollanıb.

Məlumata görə, iki günlük səfər çərçivəsində İran Prezidenti İbrahim Rəisi, İslam Respublikasının ali dini lideri Əli Xamenei, icra və qanunvericilik orqanlarının bir sıra yüksək vəzifəli nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Tehranda keçiriləcək danışıqların əsas mövzusu ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığın inkişaf etdirilməsinə yönələcək, əsas diqqət ticari-iqtisadi əməkdaşlıq olacaq.

Prezidentlərin görüşü nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Tərəflər sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.

Həmçinin, regionda və bütövlükdə dünyada vəziyyətə xüsusi diqqət yetiriləcək. Səfərin mərkəzi hadisələrindən biri Minsk və Tehran arasında hərtərəfli əməkdaşlıq üçün yol xəritəsinin imzalanması olacaq. Qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafına dair bir sıra beynəlxalq sənədlərin imzalanması da nəzərdə tutulub.

Qeyd edək ki, Lukaşenkodan öncə Belarusun xarici işlər naziri Sergey Aleynik Tehrana gəlib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir