İqtisadiyyat

Daha üç şirkət və bir fərdi sahibkar Yevlax Pilot Aqroparkın rezidenti olublar – FOTO

Sharing is caring!


Yevlax Pilot Aqroparkda “Agromod” MMC, “Badamlıq” MMC və “Qulançar” MMC-lərə, eləcə də fərdi sahibkar Müşfik Hümmətliyə rezident statusu verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

“Rezidentlər 120 hektar sahədə investisiya dəyəri 1,7 milyon manatdan çox olan intensiv meyvə bağları salacaq, 34 nəfəri daimi, 75 nəfəri isə mövsümi işlə təmin edəcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, keçən ay Azərbaycan və Özbəkistanın birgə müəssisəsi olan “Azting” MMC, 10 gün əvvəl isə dörd fərdi sahibkar Yevlax Pilot Aqroparkın rezidenti olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir