İdman

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub – FOTO

Sharing is caring!

Atıcımız Ruslan Lunyov Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Lapua Avropa Kubokunun finalında qalib gəlib.

Azərbaycanlı atıcı 25 metr məsafəyə standart tapançadan atəş üzrə qızıl, odlu silahdan atəş üzrə gümüş medal qazanıb.

Lapua Avropa Kuboku Avropa Atıcılıq Konfederasiyasına məxsusdur və Avropanın qeyd edilən növdə ən güclü atletlərinin yarışıdır. Kubok il ərzində keçirilən 4 təsnifat mərhələsindən ibarətdir. Ruslan Lunyov iyul ayında Estoniyanın paytaxtı Tallində keçirilən üçüncü təsnifat mərhələsində iki gümüş və bir qızıl medal qazanmışdı.

Qeyd edək ki, Lunyov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kapitan rütbəsində xidmət edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir