Dünya

Milanda güneyli hüquq müdafiəçi Nərgiz Məhəmmədinin şərəfinə xatirə lövhəsi vurulub – FOTO

Sharing is caring!


Bu gün Beynəlxalq Qadınlar Günü ərəfəsində İtaliyanın Qarvio Fondu Tehrandakı “Evin” həbsxanasında həbsdə olan güneyli hüquq müdafiəçi və 2023-cü il Nobel Sülh Mükafatının laureatı Nərgiz Məhəmmədinin şərəfinə qoyulan xatirə lövhəsinin təqdimat mərasimini keçirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Milanda bir parkda şəhər merinin müavini və bir sıra rəsmilərin iştirakı ilə keçirilən təqdimat mərasimində Təqi Rəhmani həyat yoldaşı Nərgiz Məhəmmədinin məktubunu oxuyub.

“Evin” həbsxanasından göndərdiyi məktubda Nərgiz Məhəmmədi İtaliya xalqını, beynəlxalq ictimaiyyəti, insan haqları və qadın hüquqları təşkilatlarını İran və Əfqanıstanda qadınlara qarşı olan cinsi ayrıseçkiliyə və azadlıqlarının əllərindən alınmasına qarşı mübarizə aparmağa çağırıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir